Rasim Balayev səhhətinin hazırkı durumundan danışdı

12:00 19.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Hazırda fizioterapiyaya gedirəm. Koronavirus araya düşdü deyə gedə bilmədim. Bu günlərdə müalicəmi davam etdirməyə başlamışam”.

Bunu hafta.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. Xalq artisti hazırda heç bir film və ya tamaşalarla bağlı da təkliflər almadığını bildirib: “Hələ ki, heç nə yoxdur. Pensiya alıram. Dolanışığım normaldır”.

Qeyd edək ki, Xalq artisti bu ilin fevralında Türkiyədə boynundan əməliyyat olunub.

 

Oxunma sayı 554