Rauf Cabbarov UEFA Avropa Liqasının oyununa təyinat alıb

11:44 04.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanlı referi Rauf Cabbarov UEFA Avropa Liqasının oyununa təyinat alıb.

AFFA-dan hafta.az-a bildiriblər ki, o, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də keçiriləcək “Fola” (Lüksemburq) – “Çixura” (Gürcüstan) qarşılaşmasının baş hakimi olacaq. Ona Akif Əmirəli və Yaşar Abbasov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.