“Bir neçə məsələdə irəliləyişə nail olmuşuq“

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Danışıqlar yaxşı gedir, biz bir neçə məsələdə irəliləyişə nail olmuşuq“. Bunu açıqlamasında Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia Azərbaycan və AB arasında assosiativ razılaşma üzrə Bakıda keçirilən danışıqların növbəti raundunu şərh edərkən deyib. Onun sözlərinə görə, danışıqların məğzi AB və Azərbaycanı daha da yaxınlaşdırmaqdır. Səfir deyib ki, AB və Azərbaycan arasında danışıqlar siyasət, ticarət, energetika, mədəniyyət sahələrini əhatə edir. Danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, AB nümayəndə heyətinə isə Şərq tərəfdaşlığı şöbəsinin rəhbəri Con Kyayer başçılıq edib. Xatırladaq ki, Azərbaycan və Avropa Birliyi arasında assosiativ razılaşma üzrə danışıqlar 2010-cu ilin sentyabrında başlayıb.
Vüsal

Oxunma sayı 90