“Real” yayda transfer etməyəcək

14:46 31.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Real" yayda transferlər həyata keçirməyə bilər.

Koronavrus pandemiyasına görə yaranan iqtisadi böhran "Kral klubu"na da ciddi təsir edəcək. Madridlilərin maliyyə problemləri səbəbindən yayda bir futbolçu belə almayacağı istisna edilmir.

Qəzet yazıb ki, "Real" yalnız bir neçə futbolçusunu satacağı halda heyətinə yeni oyunçu cəlb edəcək. Amma bu ehtimal kiçikdir. Çünki klublar hazırda "Real" kimi komandanın yüksəködənişli futbolçularının maaşını qarşılamağa hazır deyil.

Oxunma sayı 1297