Regionda davamlı inkişaf üçün işğalçılıq siyasətinə son qoyulmalıdır - Ceyhun Bayramov

14:11 24.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

Bu sözləri Tbilisidə səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstan Xarici İşlər naziri David Zalkaliani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Ceyhun Bayramov regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən bəhs edib.

Nazir Ermənistanın pozuculuq fəaliyyətlərindən danışarkən deyib ki, açıq münaqişələr bölgənin davamlı inkişafına və sabitliyinə təhdid yaradır. Regionda davamlı inkişaf və tərəqqinin olması üçün işğalçılıq siyasətinə son qoyulmalı, məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar.

O, həmçinin qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında yüksək strateji əməkdaşlıq bölgənin inkişafına töhfəsini verəcək.

Oxunma sayı 331
Gündəm rubrikasından digər xəbərlər