Repititorluğun qarşısını almaq effektli olmayacaq - Ceyhun Bayramov

12:32 17.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ali təhsil sistemindəki təhsil haqqı məsələsi ilə bağlı iki məqamı deməliyəm. Birincisi, dövlət büdcəsidir. Dövlət hesabına təhsil alanların xərcini dövlət ödəyir. Ödənişli əsaslarla təhsil alanlarla bağlı məsələyə gəldikdə isə, əksər ali təhsil müəssisələri həmin ödənişlərlə öz büdcələrini təşkil edirlər. Biz təhsil haqları ödənişlərini birdəfəlik ödənməməsi üçün sadəcə onlara tövsiyə verə bilərik".

Hafta.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib. Nazir məktəbdənkənar repittor məsələsinə də toxunub: "Repititor amili Azərbaycan fenomeni deyil. Dünyada var. Olduqca yüksəkdir. Repititorluğun qarşısını almaq effektli olmayacaq. Məktəb rəhbərləri tərəfindən ən təcrübəli müəllimləri cəlb etməklə təmayül siniflərində təhsil səviyyəsini qaldırmaq mümkündür. Təmayül siniflərində 20 deyil, 15 şagirdlik siniflər formalaşdırıldı. Bu da verilən təhsilin keyfiyyəti ilə bağlıdır. Məktəb bazasında işlər yaxşı təşkil olunarsa, nəticə əldə etmək mümkündür. Biz repititor tutmaq imkanı olmayan ailələrin övladlarının, şagirdlərin yüksək nəticələr əldə etdiyinin şahidi olmuşuq".