Rəsulzadə parkı bağlandı

19:30 02.02.2016
Yazını böyüt
Yazını kiçilt

İki gün öncə 132-ci illiyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə. Rəsulzadənin büstünün yerləşdiyi Gəncə Dəmiryolçular Parkının ətrafı yenidən bağlanıb. Hafta.az bu xəbəri ANS telekanalına istinadən yayıb. Sakinlər deyiblər ki, fevralın 2-si səhərdən başlayaraq parkın ətrafı tamamən bağlanıb. İnsanlar M.Ə.Rəsulzadənin büstünü ziyarət üçün gəlsələr də, parka daxil ola bilməyiblər. Gəncə Şəhər İH-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Həsən Əliyev isə bildirib ki, sözügedən park “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olduğundan, bu məsələnin icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur.

 

Xalası oğlunun evini yardı

Ağcabədidə mənzildən külli miqdarda pul oğurlayan şəxs tutulub. Hafta.az məlumatı report.az-a istinadən yayıb. Mənbəyə bu xəbər rayon polis şöbəsindən verilib. Aşağı Avşar kənd sakini Rabil Məmişov şikayət ərizəsi ilə polisə müraciət edərək, evindən içərisində 10 min dollar və 10 min manat, eyni zamanda, bir ədəd qızıl boyunbağı olan dəmir seyfin oğurlandığını bildirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, cinayəti törədən şəxs zərərçəkənin doğma xalası oğlu və yaxın qonşusu, 25 yaşlı Məhərrəmov Samir Ramiz oğludur. O, polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.


Qadınlar hərbi xidmətə çağırıldı

Bu günlərdə Norveç Parlamenti silahlı qüvvələrə qızların çağırışını genişləndirmək haqqında qərar qəbul edib. Bu barədə hafta.az 24news1.com.ua saytına istinadən xəbər verir. Beləliklə, bu Skandinaviya ölkəsi Avropada və NATO-da hərbi xidməti hər iki cins üçün vacib bilən ilk ölkə olub. "Hüquq və vəzifələr hamı üçün eyni olmalıdır. Silahlı Qüvvələrə cinsindən asılı olmayaraq, ən yaxşı kadrlar lazımdır", - deyə deputat Layla Qustavsen bildirib.

 

Boşadığı arvadın bacısı ilə evləndi

Bakının Xəzər Rayon Məhkəməsində qeyri-adi məhkəmə prosesi keçirlir. Hüquq müdafiəçisi Məlahət Nəbiyevanın mətbuata verdiyi məlumata görə, rayon sakini olan keçmiş ər boşadığı qadının bacısı ilə evlənərək övladını qəyyumluğunu almaq istəyir: “Belə halla öz təcrübəmdə ilk dəfədir ki, qarşılaşıram. Keçmiş ər boşandığı qadının ana bir, ata ayrı bacısı ilə evlənmək qərarına gəlib. Hazırda bir yerdə yaşayırlar və ailə də kiçik bacını dəstəkləyir. Qadına boşandığı ərinin verdiyi aliment də əlindən alınıb. İndi də keçmiş ər qadının uşağını almaq üçün məhkəməyə verib. Qadın övladı ilə bərabər 2 aydır ki, sığınacaqdadır və hər ikisi depressiya vəziyyətinə düşüb”.

 

Sürücü polisi saxlatdı

 

ABŞ-ın Florida ştatının Mayami şəhərində Klaudia Kastillo adlı qadın sürücü avtomobilini sürətlə idarə edən polisi yolun kənarında saxlatdırıb. Polisin avtomobilindən düşərək öz maşınına yaxınlaşmasını tələb edən qadın ona maşını diqqətsiz idarə etdiyini bildirib. Hafta.az-ın medialeks.ru saytına istinadən yaydığı məlumata görə, polis Klaudiadan üzr istəyib və sürət həddini aşmasının fərqində olmadığını qeyd edib. Qadın Amerikada asayiş keşikçilərinin özlərinin qanunları necə pozduğunu nümayiş etdirmək üçün youtube-yə 3 video yerləşdirib. Onlardan ikisində polisin avtobildə sürət həddini aşması, üçüncüsündə isə qadın sürücünün onunla danışdığı əks olunub.

 

Hər addımında 100 manat qazanacağı bilindi

 

“Barselona” klubu argentinalı futbol ulduzu Leonel Messi ilə yeni müqavilə imzalamağa hazırlaşır. Yeni müqaviləyə əsasən Messi, az qala, hər addımda pul qazanacaq. Təzə şərtlərə görə, argentinalı ulduz ildə 39,4 milyon avro (68 milyon 264 min manat) maaşla dünyanın ən çox qazanan futbolçusu adına sahib çıxmaqla ən odənişli futbolçu olacaq. Hafta.az-ın apasport.az saytına istinadən yaydığı xəbərdə deyilir ki, 90 dəqiqə ərzində, orta hesabla, 8 min 211 metr qaçan Messi hər addımından (qaçarkən 1 addımı ortalama 1,33 m götürülür) 58 avro, yəni təxminən, 100 manat qazanacaq.


Xristian məktəblərində müsəlman bayramları qeyd ediləcək

 

İtaliyanın Milan şəhərinin arxiyepiskopu Ancelo Skola ölkə məktəblərində müsəlman bayramlarını qeyd etməyi təklif edib. İslam.ru-nun verdiyi xəbərə görə, o, qeyd edib ki, hal-hazırda İtaliyanın təhsil müəssisələrində 20% müsəlman tәhsil alır. "Təhsil müəssisələrində müsəlman tələblərinin sayı bir müddət sonra 30% yüksələcək. Onların bayramlarının qeyd olunmasına ehtiyac var", - deyə arxiepiskop bildirib.

 

Tacikistanda dəniz “tapıldı”

 

Tacikistan Prezidenti İmamoli Raxmonovun parlamentə göstərişi əsasında ölkədə bir sıra keçmiş adlar dəyişdiriləcək. Hafta.az-ın tajinfo.org-a istinadən verdiyi xəbərə görə, bu sırada ölkənin rusmənşəli ada malik son yaşayış məntəqəsi Soqdi (keçmiş Leninabad) vilayətinin iri sənaye və mədəni mərkəzi sayılan Çkalovsk da var. Şəhərin adı bundan sonra Şoxkant olacaq. Maraqlıdır ki, yeni adlar arasında dəniz adı da peyda olub. Belə ki, Kayrakkum su anbarının təzə adı “Bahri Tocik” – “Tacik dənizi” deməkdir.

Oxunma sayı