Ronaldu 6 milyon avroya yaxta aldı

17:03 30.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu yeni yaxta alıb.

Hafta.az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu yaxta üçün  5.5 milyon funt-sterlinq (təqribən 6 milyon avro)  ödəyib. Bildirilir ki, yaxtanın dəniz mənzərəsinə açılan 5 kabini, 6 vanna otağı, 2 geniş salonu, yemək otağı, müasir mətbəxi var.

Onun bu yaxtanı A seriyasının qalibi olduqdan sonra aldığı vurğulanıb.

Qeyd edək ki, Ronaldu yaxtada  sevgilisi Corciana Rodriqes və uşaqları ilə birgə çəkilən fotonu öz "İnstaqram" hesabında paylaşmışdı.

Oxunma sayı 4466