Ronaldu İnstaqramdan 44 milyon qazandı

17:27 23.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məşhur futbolçu Kriştianu Ronaldu bir il ərzində İnstaqramdan 44 milyon avro qazanıb.

Bu haqda "La Gazetta Dello Sport" yazıb. Onun sosial şəbəkədə bir paylaşımı 900 min avrodur.

Bir il içində futbolçu 49 reklam paylaşımı edib. İnstaqramdan ən çox pul qazanan ikinci məşhur isə futbolçu Lionel Messi olub. O, 36 paylaşımdan 21,2 milyon avro gəlir əldə edib.

Siyahıda üçüncü model Kendall Cenner olub. O, 14,4 milyon avro qazanıb.