Ronaldu: “Messi fantastik oyunçudur”

23:16 18.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Portuqaliyalı futbolçu Ronaldu amerikalı jurnalist Kris Morqana verdiyi müsahibəsində bildirib ki, Lionel Messi indiyə qədər onun rəqibi olmuş oyunçuların ən yaxşısıdır:

“Messi fantastik oyunçudur. UEFA tədbirində mən onunla söhbətə başlayanda çoxları heyrətlənmişdi. Bəli, biz dost deyilik, amma yaxşı münasibətlərimiz var. Rəqabət bizi daha da yaxşılaşdırır”.

Ronaldu Portuqaliyanın Madeyra adasında anadan olub, amma futbolçu karyerasına Lissabonun “Sportinq” komandasında başlayıb. O, beş dəfə “Qızıl top” mükafatına layiq görülüb, beş dəfə Çempionlar Liqasının qalibi, İngiltərə, İspaniya və İtaliya çempionu olub. Hücumçu 2016-cı ildə Portuqaliya yığmasının heyətində Avropa birinciliyində qalib gəlib.