Rumıniya millisinin baş məşqçisi istefa verdi

12:25 21.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rumıniya millisinin baş məşqçisi Kosmin Kontra istefa verib.

Hafta.az xəbər verir ki, 43 yaşlı çalışdırıcı AÇ-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışdan sonra bu qərarı verib.

Rumıniya qrup mərhələsində 10 oyuna 14 xal toplayıb və 4-cü olub. Lakin komandanın Millətlər Liqasında Avropa çempionatına yollanmaq şansları qalıb.

Avropa çempionatını qəbul edəcək şəhərlər arasında Rumıniyanın paytaxtı Buxarest də var.