Rusiya Gürcüstanı sanksiya ilə hədələdi

15:00 09.07.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Duması hökumətə Gürcüstana qarşı iqtisadi sanksiyaların tətbiq edilməsini təklif edib.

Hafta.az TASS-a istinadla xəbər verir ki, deputatlar artıq bununla bağlı müraciət qəbul edərək hökumətə ünvanlayıblar.

Bəyanatda Tbilisidə Rusiya əleyhinə təxribatlar qınanılır və hökumətdən Gürcüstana qarşı xüsusi iqtisadi tədbirlərin görülməsi tələb edilir.  Parlamentarilər əmindirlər ki, davam edən təxribatlar iki dövlət arasındakı münasibətləri deqradasiyaya uğradacaq.

Artıq hökumət də, cavab tədbirləri hazırladığını bəyan edib. Bu sanksiyalar biznes dairələri və ekspertlərlə müzakirələrdən sonra açıqlanacaq. Daha sonra isə təkliflər Prezident Vladimir Putinə təqdim ediləcək.

İlkin olaraq deputatlar Gürcüstandan mineral sular və çaxırların ixracının qadağan edilməsini, bu ölkəyə pul köçürmələrinə məhdudiyyət qoyulmasını təklif edirlər. Artıq iki dövlət arasında uçuşlar qadağan edilib.