Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır

19:20 24.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı istehsalçı “Nijnetaqilskiy xolodilnik” MMC Azərbaycana dondurma ixracı təşkil edə bilər.

AZƏRTAC xəbər verir ki, müəssisənin təsisçisi Vyaçeslav Malıxa deyib.

“Hazırda “Nijnetaqilskiy xolodilnik” MMC-nin istehsal etdiyi məhsulların beynəlxalq bazara çıxarılması ilə bağlı danışıqlar aparılır. Biz Qazaxıstan, Azərbaycan və Özbəkistana ezamiyyətlər təşkil etməyi planlaşdırırıq”, - deyə V.Malıx bildirib.

V.Malıx, həmçinin deyib ki, müəssisə məhsul çeşidini genişləndirir və bu günlərdə 2 yeni dondurma növü istehsal edib.

Oxunma sayı 27