Rusiya XİN ABŞ səfirliyini təqsirləndirdi

16:24 09.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya XİN ABŞ səfirliyini ölkənin daxili işlərinə qarışmaq cəhdində təqsirləndirib. 

Hafta.az TASS agentliyinə istinadla xəbər verir ki, avqustun 9-da Rusiyanın xarici siyasət idarəsi bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, ABŞ-ın Moskvadakı səfirliyinin müşaviri Tim Riçardson avqustun 9-da Xarici İşlər Nazirliyinə çağırılıb və ona ABŞ Dövlət Departamentinin konsulluq məsələləri üzrə idarəsinin rəsmi hesabında, Twitter səhifəsində və diplomatik missiyanın saytında Moskvada avqustun 3-də keçirilmiş icazəsiz mitinqlərlə bağlı yerləşdirilmiş yazılara görə etiraz məktubu təqdim edilib.

Rusiya XİN-in bəyanatında deyilir: “Vurğulanıb ki, qanunsuz tədbirin təşkilatçıları tərəfindən tərtib edilmiş sxemlərin bu mitinqdə iştiraka təşviq materialı kimi çağırış qismində yerləşdirilməsi bizim ölkənin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilir.