Rusiyada koronavirus vaksininin istehsalı başlayıb

15:41 15.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin hazırladığı koronavirus vaksininin istehsalına başlanılıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Rusiyanın Səhiyyə Nazirliyi bildirib.

Qeyd edək ki, Rusiya dünyada ilk koronavirus vaksinini avqustun 11-də qeydiyyatdan keçirib. "Sputnik V" adı verilən vaksinin sınaqları iyun-iyul aylarında keçirilib. Rusiya artıq 20 ölkədən 1 milyard doza vaksininin tədarükü üçün sifarişlər alıb.

Oxunma sayı 3541