Rusiyada koronavirusa yoluxanların sayı azalıb

14:52 25.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada ötən gün 19 290 koronavirus xəstəsi aşkar edilib.

Hafta.az xəbər verir ki, ölkədə xəstələrin ümumi sayı 3 738 690 nəfərə çatıb.

Bir gündə 19 003 nəfər sağalıb, 456 nəfər həyatını itirib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 3 150 763 xəstə sağalıb, 69 918 nəfər ölüb. Hazırda ölkədə 518 009 nəfər COVID-19 xəstəsi var.

Moskvada COVID-19 xəstələrinin sayı bir gündə 2 382 nəfər artıb.

COVID-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan, Braziliyadan sonra dördüncü yeri tutur.

Oxunma sayı 273