Rusiyada koronovirusdan 317 nəfər həyatını itirib - bir gündə

16:38 21.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada bir gündə 15 700 nəfər koronavirus infeksiyasına yoluxub.

Hafta.az xəbər verir ki, ölkədə COVID-19 xəstələrinin ümumi sayı 1 447 335 nəfərə çatıb.

Bir gündə Rusiyada 10 952 nəfər sağalıb, 317 nəfər həyatını itirib. Ümumilikdə, ölkədə indiyədək 1 milyon 96 mindən çox xəstə sağalıb, 25 mindən çox xəstə ölüb.

Son sutka ərzində ən çox yoluxma halı (4389) Moskvada qeydə alınıb.

Oxunma sayı 721