Rusiyada səkkiz hərbçini qətlə yetirmiş əsgər 24 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

14:49 21.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada 8 hərbçini qətlə yetirmiş əsgər Ramil Şamsuddinov 24 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə R.Şamsuddinovu qətldə və qətl törətməyə cəhddə təqsirli bilsə də, bəzi yüngülləşdirici halları nəzərə alaraq onu ömürlük həbs cəzasına məhkum etməyib.

R.Şamsuddinov 2019-cu il oktyabrın 25-də xidmət etdiyi hərbi hissədə odlu silahdan atəş açaraq, 8 hərbçini qətlə yetirib, daha 2 nəfəri yaralayıb. O, cinayət törətməsini hərbi hissədə özünə qarşı zorakılıq olunması ilə izah edib.

Oxunma sayı 209