Rusiyada tapdığı pulqabı azərbaycanlını işə saldı - GÜNÜN TƏZADLARI

18:17 27.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Novqorod şəhərində azərbaycanlı yerdən pulqabı tapdı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, pulqabının içərisində 1,5 min rubl (39.9 AZN) və bank kartları olub. Rza İ. 1 000 rubldan (26.6 AZN) artıq mal alarsa, pin kodu bilməyə ehtiyac olmadığını bildiyi üçün fərqli mağazalardan 3 600 (95.76 AZN) rubldan çox alış-veriş edib. Növbəti gün 41 yaşlı Rza yenə fərqli mağazalardan 2,6 min rubl (69.16 AZN) alış-veriş edəndən sonra bu hadisəni qeyd etmək üçün Novqorod kafelərinin birinə gedib, lakin oradan ac qayıdıb. Bu müddət ərzində kart sahibi kartı bloklayıb və polisə müraciət edib. Məhkəmə prosesində bəlli olub ki, Rza istintaq prosesi zamanı kart sahibini tapıb, xərclədiyi pulu qaytarıb və ondan üzr istəyib. Buna görə zərərçəkən hakimdən cinayət işinə xitam verilməsini xahiş edib. Məhkəmə cinayətin orta ağır olduğunu, Rzanın daha əvvəl məhkum olunmadığını, vurduğu ziyanı ödədiyini və himayəsində iki uşağın olduğunu nəzərə alaraq tələbi qəbul edib. Məhkəmə qərarına əsasən, Rza sərbəst buraxılıb, məhkəmə xərcləri isə federal büdcə hesabına ödənilib.

 

Müsəlmanlar Moskvada “İşıqlı cümə” kampaniyası başlatdı

Rusiya paytaxtında “Barakat”(“Bərəkət”) onlayn mağazaları ötən həftəsonu güzəştli satışlarını təşkil etdi. Hafta.az-ın Rusiya  mediasına istinadla verdiyi xəbərdə deyilir ki, təşkilatçılar bunu yalnız maddi qazanc məqsədi ilə həyata keçirilən qondarma "qara cümə"nin əleyhinə olaraq "İşıqlı cümə" adlandırıb. Müsəlmanlar üçün cümə günü  müqəddəs  olduğundan aksiyanın hər həftə keçiriləcəyi vəd edilir.  Bundan əlavə, “Barakat” mətbuat xidmətindən mediaya verilən məlumata görə, mağaza satışlardan əldə olunan gəlirin bir hissəsini xeyriyyəçilik üçün ayıracaq. “Barakat” mağazaları Moskvanın Cümə və Tarixi məscidlərinin ərazisində yerləşir. Xəbərdə xatırladılır ki, bu, “qara cümə” nün bir müsəlman analoqunu meydana çıxaran ilk şirkət deyil. Belə ki, 2018-ci ilin «qara cümə”sində türkiyəli marketoloqlar satışları "Mifik cümə" ("Efsane cuma") və "Super cümə" ("Super Cuma") adlandıraraq həyata keçiriblər.

 

Yasamalda da yaşayış evi çökdü

Bakıda daha bir ev çökdü. Hafta.az xəbər verir ki, Trend-in yaydığı məlumata görə, hadisə Yasamal rayonu, Əli bəy Hüseynzadə küçəsi, ev 10 ünvanında qeydə alınıb. İkimərtəbəli evin mətbəxinin uçması nəticəsində daşlar həyətyanı sahəyə tökülüb. Sakinin bildirdiyinə görə, ev əvvəllər də qəzalı vəziyyətdə olub və aramsız yağan yağışlardan sonra bu hadisə baş verib. Qəza ilə bağlı lazımi qurumlara müraciət edilib.

 

“Qarabağ”ın qapıçısı əlcək hazırladı

“Qarabağ" klubunun qapıçısı Asmir Beqoviç yeni əlçəklərini təqdim etdi. Hafta.az yazır ki,  "Report"un məlumatına görə, 32 yaşlı bosniyalı qolkiper böyük və uşaq geyimlərinin satıldığı “AB” markasına sahibdir. Qış üçün dizayn edilən yeni “AB1” əlcəkləri rahatlığı ilə seçilir və barmaqların qorunmasına təminat verir. Onlar bütün hava şəraitində qapıçının yaxşı çıxış etməsinə kömək edir. Əlcəklər şəxsən Asmir Beqoviç tərəfindən hazırlanıb və sınaqdan keçirilib. Böyüklər üçün olan əlcəyin qiyməti 44,99, uşaqlar üçün olanı isə 31,99 funt sterlinqdir.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin V turunda İspaniyada "Sevilya"nın qonağı olacaq. Noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

 

Ağ ev üzərində naməlum uçaq göründü və...

Çərşənbə axşamı  səhər saat 8: 30-da (yerli vaxtla) Ağ evin hava məkanının pozulması ilə əlaqədar təhlükəsizlik tədbirləri artırıldı. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, “NBC News”un məlumatına görə, ABŞ-ın baş administrasiyası üzərində naməlum təyyarə görünüb. Uçağın pilotu ilə əlaqə qurulması mümkün olmayıb.  İnsidentlə əlaqədar Konqres təxliyə edilib. Təxminən, yarım saat sonra Kapitoli təpəsində  iş bərpa  olunub və Ağ evdə komendant saatı aradan qaldırılıb.

Oxunma sayı 61