Rusiyalı model kralı məhkəməyə verib

17:23 13.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı model Oksana Voevodina Malayziyanın keçmiş kralı V Məhəmmədi məhkəməyə verib.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb modelin oğlunun atasının Məhəmməd olduğunu sübut etməyə çalışmasıdır.

Məhəmməd Oksana 4 aylıq hamilə olanda ondan ayrılmış və uşağın atası olmadığını iddia etmişdi. O, boşandıqdan sonra da oğlunu görməyib. Kral Oksanaya və oğluna heç bir maddi dəstək də göstərmir.

Oksana V Məhəmməddən aliment tələb edir. Bunun üçün o, DNT analizi verərək, oğlunun atasının o, olduğunu sübut etməyə çalışır.