Rusiyanın ən varlı deputatları və məmurları

13:19 09.07.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

"Forbes" Rusiyanın ən varlı deputatlarının və məmurlarının adlarını açıqlayıb. Siyahıya Vladimirsk vilayətinin deputatı, «Vladimirskiy standart» şirkətinin sahibi Pavel Antov rəhbərlik edir. Onun keçənilki gəlirləri 9,97 milyard rubl təşkil edib.

İkinci yerdə isə milyarder, "Yujurazoloto" şirkətinin sahibi, həmçinin Çelyabinsk vilayətinin qanunverici orqanının vitse-sədri Konstantin Strukov qərarlaşıb. Onun sərvəti 1,9 milyard dollardır. Keçənilki gəlirləri isə 4,46 mlrd rubl təşkil edib. Siyahıda sonrakı yerləri 2,84 mlrd rubl gəlirlə «Slavyanka» fabrikinin sahibi, Belqorod vilayətinin duma üzvü Sergey Qusev, Valeriy Ponomaryovv, Boris Nevzorov, Aleksandr Babakov i İqor Zubarev də daxildir. Reytinqdə yer alan 100 şəxsin gəlirlərinin ümumi həcmi 70,945 mlrd rubl təşkil edib.