Rusiyanın tanınmış rejissoru öldü

20:18 28.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın tanınmış rejissoru və “Lenkom” teatrının bədii rəhbəri Mark Zaxarov şənbə günü 85 yaşında vəfat edib.

Hafta.az billdirir ki, bu barədə TASS agentliyinə teatrın direktoru Mark Varşava bildirib.

“Zaxarov uzun müddət idi ki, ağciyər xəstəliyindən əziyyət çəkirdi”, - deyə M. Varşava bildirib.

Rejissorun ölümü ilə bağlı prezident Vladimir Putin başsağlığı verib.

Qeyd edək ki, Mark Zaxarov 13 oktyabr 1933-cü ildə Moskvada anadan olub.