Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

10:40 14.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda genişmiqyaslı dezinfeksiya işləri aparılacaq.

Hafta.az-ın paytaxtın kommunal strukturlarından əldə etdiyi məlumata görə, sabah, avqust ayının 15-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Oxunma sayı 2344
Sosial rubrikasından digər xəbərlər