Bakıda duman, rayonlarda yağış yağacaq - Proqnoz

13:10 15.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən hafta.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-12° isti, Bakıda gecə 5-7°, gündüz  10-12°  isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək  764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 60-65% olacaq.   

Dekabrın 16-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi cənub rayonlarında, axşam isə ayrı-ayrı şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi gündüz ayrı ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz  8-13°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.