Sabah ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunacaq

14:15 19.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda yanvarın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən hafta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağan yağıntının səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4°, gündüz 6-8° isti, Bakıda gecə 2-4° gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 772 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir.

Oxunma sayı 142
Sosial rubrikasından digər xəbərlər