“Sabah” “Səbail”ə, “Keşlə” “Zirə”yə məğlub oldu

22:28 26.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Hafta.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Öncə “Səbail” “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada hesabı qonaqlar açsa da, ikinci hissədə iki qol vurmağa nail olan meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Günün digər oyununda da iki paytaxt klubu – “Keşlə” və “Zirə” üz-üzə gəlib. Bu oyunda da “Keşlə” iki dəfə hesabda önə keçdiyi halda, sonda meydanı məğlub tərk edib.

Tura sabah keçiriləcək “Neftçi” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
4-cü tur

“Səbail” – “Sabah” 2:1
Qollar: Ə.İsmayılov, 56-pen. R.Əliyev, 71 – R.Şeydayev, 27-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov.
Bakı. “ASCO Arena”

“Keşlə” – “Zirə” 2:3
Qollar: S.Rodriqes, 10. D.Klots, 54 – K.Bauk, 21; 68. D.Volkov, 79-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov.
Bakı. “ASK Arena”

Oxunma sayı 2376