Sabahdan bu ərazidə yol bağlanacaq

17:43 21.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişi) eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq.

Bu barədə hafta.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bununla əlaqədar olaraq, sabah səhər saat 08:00-dan etibarən həmin keçiddən avtomobillərin hərəkəti dayandırılacaq.

 

Yeni tunelin inşası başa çatana qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş olunur.