MSK seçki bülletenlərinin çapına başlayıb

23:30 26.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabahdan növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanacaq.

Hafta.az bildirir ki, bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Seçki bülletenləri Milli Məclisin mətbəəsində çap olunacaq.

Məlumatda o da vurğulanıb ki, Milli Məclisə seçkilərlə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.

Siyasət rubrikasından digər xəbərlər