İslam Partiyası Respublika Prokurorluğuna müraciət ünvanlayıb

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Oktyabrın 12-də Azərbaycan İslam Partiyası (AİP) Respublika Prokurorluğuna yeni yazılı müraciət ünvanlayıb. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, məktubda AİP-in qərargahının qaytarılması tələb olunub. AİP-in Bakıda, Hidayətzadə küçəsi, 51-də yerləşən qərargahının qapısı bu il yanvarın 13-də möhürlənib. Respublika Prokurorluğu əməkdaşlarının apardığı axtarışdan sonra qərargahdan kompyuterlər, CD-lər, partiya sənədləri götürülüb. Əvvəlki günlərdə ofisin yalnız 3 gün bağlı qalacağı deyilsə də, indiyə qədər qərargah geri qaytarılmayıb. Partiyanın mətbuat xidmətindən bildirilib ki, eyni mövzulu birinci məktub Respublika Prokurorluğuna sentyabrın 22-də göndərilmişdi: “Amma təəssüf ki, bu günə qədər müraciətə heç bir cavab verilməyib. Partiya heç bir məhkəmə qərarı olmadan bağlanmış qərargahının geri qaytarılmasından ötrü yazdığı ikinci müraciətə cavab almayacağı təqdirdə məhkəmə orqanlarına üz tutacaq“. AİP lideri və partiyanın bir neçə funksioneri bu il yanvar ayının əvvəllərində həbs olunublar. İslamçıları müdafiə edənlərin fikrincə, həbslər siyasi xarakterlidir.
Əli