Sabahın hava proqnozu

13:12 12.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 13-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən hafta.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan daxilində 763 mm civə sütunu,  nisbi rütubət 70-80 faiz təşkil edəcək.

 
Azərbaycanın rayonlarında

Dekabrın 13-də arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.