Sabiq baş nazir qocalar evində vəfat etdi 

10:45 07.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Keçmiş Çexoslovakiyanın sonuncu baş naziri, qısa müddət ölkənin prezidenti vəzifəsini müvəqqəti icra edən Yan Straski 79 yaşında vəfat edib.

Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, siyasətçi noyabrın 6-sı Praqada yerləşən qocalar evlərindən birində dünyasını dəyişib.

Sağçı-liberal fikirlərini ifadə edən Yan Straski, 1992-ci il iyulun 2-dən dekabrın 31-dək keçmiş Çexoslovakiyanın baş naziri olub.

İyulun 20-dən sonra qısa müddət ərzində ölkənin prezidenti vəzifəsini müvəqqəti icra edib.