Sabirabadda 3 otaqlı ev yanıb

11:06 07.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabadda 3 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin lambirindən ibarət tavanı 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.