Sabirabadda 4 otaqlı ev yanıb

13:04 22.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonunun Bulduq kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin və bitişik ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.