Qəzzafi öldürüldü

15:15 21.10.2011
Yazını böyüt
Yazını kiçilt
Liviyanın devrilmiş lideri Müəmmar Qəzzafi ələ keçdi. “Reuters“ xəbər verir ki, Qəzzafini NATO aviasiyası öldürüb. Onun həlak olduğu ərazinin NATO aviasiyası tərəfindən bombardman edildiyi məlum olub. Liviyanın devrilmiş liderinin ölümünə İtaliyanın baş naziri, vaxtilə onunla dost olmuş Silvio Berluskoni də münasibət bildirib. Bununla da Liviyada müharibənin bitdiyini qeyd edən Berluskoni deyib: “Dünya fanidir“. Məsələyə BŞ-ın dövlət katibi Hillari Klinton münasibət bildirib. Qəzzafinin zərərsizləşdirildiyinə dair xəbəri təstiq və ya təkzib edə bilməyəcəyini vurğulayan Klinton deyib: “Əgər o, həqiqətən ölübsə, rahatlaşmaq olar. Demək daha bir maneə məhv edildi“. Müvəqqəti hökumətin hərbi rəhbəri Abdelhəkim Belhac isə faktı rəsmən təsdiqləyib. “Liviyalılar Qəzzafini məhv etdi və mən onun ölüm faktını təsdiqləyə bilərəm“, - deyə Belhac bildirib: “O, son günlərini Sirtdə keçirib“. “Əl Cəzirə“ bildirir ki, Liviyanın devrilmiş lideri Müəmmar Qəzzafinin Sirtdə aldığı yaralardan keçindiyi təsdiqlənib. Milli Keçid Şurasının 11-ci briqadasının komandiri əbdül Həkim əl Cəlilin sözlərinə görə, Liviya Silahlı Qüvvələrinin sabiq komandanı Əbubəkr Yunis Cəbbar da Qəzzafinin yanında olub və o da qətlə yetirilib.

Oxunma sayı 127