Alman professoru “İrəli“nin qonağı olub

15:15 06.10.2011
Yazını böyüt
Yazını kiçilt
Humboldt Universitetinin “Azərbaycan tarixi“ kafedrasının rəhbəri, professor Eva-Maria Auxun başçılığı ilə bir qrup tələbə və doktorant “İrəli“ gənclik mərkəzinin qonağı olub. “İrəli“dən “Həftə içi“nə verilən məlumata görə, qonaqlar ilk öncə mərkəzlə tanış olublar. Daha sonra görüş dəyirmi masa ətrafında davam edib. Görüşdə iştirak edən “İrəli“ İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı təşkilatın fəaliyyəti barədə qonaqlara qısa məlumat verib. Görüşün sonunda Ceyhun Osmanlı qonaqlara alman incəsənəti barədə yazılmış, 100-dən artıq yaşı olan kitab hədiyyə edib. Xatırladaq ki, professor Eva-Maria Aux Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun dəvəti ilə bu il oktyabrın 2-dən 13-dək bir qrup tələbə və doktorantla birlikdə Azərbaycanda səfərdədirlər.



Əli
Oxunma sayı 86