Sabunçuda təkər sexi və anbar yanıb

12:06 13.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçuda təkər emalı sexində və anbarda yanğın olub.

Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 540 m² olan təkər emalı sexinin penoplastdan ibarət tavanı, içərisində əşyalar və 100 m² sahədə üyüdülmüş rezin, yaxınlıqda, ümumi sahəsi 540 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisində rezin döşəmələr, qəliblər yanıb. Sexin və anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.