Sabunçuda ikimərtəbli evdə yanğın olub 

16:40 05.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçuda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 800 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 ədəd çarpayı və 1 ədəd dolab 12 m² sahədə yanıb.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.