Şagirdi az olan məktəblərdə imtahan keçirilməyəcək

13:26 01.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biz az sayda şagirdi olan məktəbdə imtahan keçirə bilməyəcəyik.

Hafta.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, imtahanlar böyük kəndlərin məktəbində keçiriləcək: "Elə kənd məktəbləri var ki, onlar modul tiplidirlər, müasir binaları var, biz belə məktəblərdə imtahan keçirə bilərik. Biz indidən hər kəsə imtahanın harada keçiriləcəyini elan edə bilmərik. Bu barədə məlumatları abituriyentlər şəxsi kabinetlərinə daxil olmaqla öyrənə biləcəklər".

Üzrlü səbəblərdən iştirak edə bilməyənlər üçün buraxılış imtahanları təkrar sentyabrda təşkil ediləcək. Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, amma indi ali məktəblərə qəbul olmaq istəyənlər mütləq şəkildə iyunda keçiriləcək buraxılış imtahanlarında iştirak etməlidirlər:

"Onlar bu imtahanı verməlidirlər ki, ali məktəblərə qəbul müsabiqəsində iştirak edə bilsinlər, amma ali məktəbə qəbul olmaq istəyənlər sentyabrda da imtahan verə bilər".

Rezidenturaya qəbul imtahanının iyulun sonu, avqustun əvvəlində keçirilməsi nəzərdə tutulur. Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, rezidenturaya qəbul imtahanı iki mərhələli keçiriləcək. İmtahanın mərhələləri arasında təxminən 10 gün fasilə veriləcək.
M.Abbaszadə qeyd edib ki, iyunun 8-dən 18-nə qədər magistratura səviyyəsi üzrə ixtisas seçiminə başlanacaq. İxtisaslaşmaya aid jurnalın bu həftəsonuna hazır olacağı gözlənilir.
M.Abbaszadə əlavə edib ki, magistratura üçün nəzərdə tutulan şifahi müsahibələr onlayn qaydada keçiriləcək.

Oxunma sayı 1215
Sosial rubrikasından digər xəbərlər