Sahibə Qafarova Küveytin Azərbaycandakı səfirliyində olub

17:11 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyində olub.

Parlamentdən hafta.az-a verilən məlumata görə, Milli Məclisin Sədri Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə əlaqədar Azərbaycan dövləti və xalqı adından başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Sahibə Qafarova Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə söhbət edib, ona başsağlığı verib.

Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Azərbaycan Respublikasının rəhbərliyinə və xalqına minnətdarlıq ifadə edib.

Oxunma sayı 732
Siyasət rubrikasından digər xəbərlər