Sahibə Qafarova Laçının işğaldan azad olunması münasibətilə paylaşım edib

11:25 01.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin sədri Sahibə Qafarova Laçın rayonunun işğaldan azad olunması münasibətilə “Twitter” hesabında paylaşım edib. 

Hafta.az-ın məlumatına görə, parlamentin sədri paylaşımında bildirib ki, 28 illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı bayrağımız dalğalanır. 

“Ali Baş Komandan başda olmaqla bu qürur hissini bizə yaşadan Ordumuza eşq olsun. Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır!”,- deyə spiker qeyd edib.

Oxunma sayı 720
Siyasət rubrikasından digər xəbərlər