Şahmatçılarımız maksimum xal toplayıblar

16:38 05.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın 5 şahmatçısı Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində məğlubiyyətsiz irəliləyir. 

Hafta.az-ın məlumatına görə, müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılarımızdan Yusif Kərimov, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Səadət Bəşirli və Dinarə Hüseynova maksimum xal toplayıblar.

Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.