Şahmatçılarımız “Masters” turnirində oynayıblar

13:34 29.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 28-də Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalında “Masters” turnirinin səkkizinci turunun oyunları keçirilib. 

Hafta.az-ın məlumatına görə, Azərbaycan şahmatçılarından Vasif Durarbəyli türkiyəli Cəmil Can Əli Marandini məğlub edərək xalların sayını 5,5-ə çatdırıb. Təmsilçimiz Şəhriyar Məmmədyarov isə hindistanlı Rameşbabu Praqnanandha ilə oyuna çıxmadığı üçün ona texniki məğlubiyyət verilib.

Ötən səkkiz turun nəticələrinə görə V.Durarbəyli 5,5, Ş.Məmmədyarov 5 xal toplayıblar.

On turdan ibarət “Masters” turnirinə 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.

Oxunma sayı 132