Şahmatçılarımız onlayn paralimpiada iştirak edəcək 

13:24 20.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə noyabrın 20-dən dekabrın 3-dək birinci onlayn paralimpiada keçiriləcək.

Hafta.az xəbər verir ki, turnirdə Azərbaycanın 1 komandası mübarizə aparacaq. Yığmamızın heyətində Aydın Şahpələngov, Gennadi Gelman, Həbibulla Ağalarov, Nadejda Belyayeva, Edvard Sərdarov yer alıblar. Fiziki məhdudiyyətli şahmatçılar arasında keçiriləcək yarışda, ümumilikdə, 45 ölkədən 61 komanda iştirak edəcək.

Paralimpiada İsveçrə sistemi üzrə təşkil olunacaq.

Oxunma sayı 156