Şahzadəyə “Azərbaycanın dostu” qızıl ordeni təqdim edilib - FOTO

12:23 13.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 12-də İtaliyanın Bressanone şəhərində Müqəddəs Qüdslü İohann Ordeni – Malta Cəngavərləri ilə bağlı keçirilən tədbirdə Azərbaycan xalqına qarşı dostluq və qardaşlıq münasibətinə görə Böyük Magistr, Kral Həzrətləri, Şahzadə Don Torbyorn Paterno Kastello Karkaçi d'Emanule Ayerbeyə “Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən təsis olunmuş “Azərbaycanın dostu” qızıl ordeni təqdim edilib.

Şahzadə Don Torbyorn Paterno Kastelloya mükafatı “Azərbaycanım” beynəlxalq jurnalının Baş redaktoru Emil Nəsirli təqdim edib.

Emil Nəsirli iştirakçıları jurnalın beynəlxalq əlaqələrinin inkişafı haqqında məlumatlandıraraq qeyd edib ki, “Azərbaycanım” beynəlxalq jurnalı 2007 – ci ildən fəaliyyətə başlayıb və bu dövr ərzində böyük oxucu kütləsi qazanıb. Əlbəttə ki, mövzuların aktuallığı, ona xas olan obraz, müasir dizayn və materialların təqdimatı jurnalın uğurlarında əsas rol oynayır. “Jurnalın nəinki Azərbaycanda, eləcə də, digər ölkələrdə geniş yayılması müsbət haldır”, - deyən Emil Nəsirli əlavə edib ki, jurnal ölkəmizdə və dünyada baş verən əsas hadisələr, eləcə də ölkəmizi sevən məşhur şəxsiyyətlər, ziyalılar, işgüzar insanlar, siyasətçilər, Azərbaycanın dostları və digər sahələrdə çalışan insanlar haqqında aydın şəkildə məlumat verir.

Baş redaktor Emil Nəsirli deyib ki, Müqəddəs Qüdslü İohann Suveren Ordeni - Malta Cəngavərləri Dağlıq Qarabağda insan hüquqlarının pozulması və təcavüz halları barədə qətnamə qəbul ediblər. Bu qətnamədə xüsusi diqqət 1992-ci ildə Xocalıda baş vermiş vəhşilik Ordenin nümayəndələrini dərindən sarsıdıb.

Daha sonra Emil Nəsirli “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi adından Böyük Magistr, Kral Həzrətləri, Şahzadə Don Torbyorn Paterno Kastellonu “Azərbaycanın dostu” qızıl qrdeninə layiq görülməsi münasibətilə təbrik edib. Bildirib ki, bütün bunlar xalqlar arasında münasibətlərin möhkəmləndirilməsinə, cəmiyyətlər arasında mənəvi həyatın, sülhün, rifahın bərqərar olunmasına və çiçəklənməsinə yardım edir.

Böyük Magistr, Kral Həzrətləri, Şahzadə Don Torbyorn Paterno Kastello Karkaçi d'Emanule Ayerbe də öz növbəsində baş redaktor Emil Nəsirliyə, jurnalın Redaksiya Şurasına və kollektivinə minnətdarlığını bildirib, jurnala beynəlxalq əlaqələrinin inkişafında yeni uğurlar arzulayıb.

Oxunma sayı 23
Siyasət rubrikasından digər xəbərlər