Şair Oqtay Rza vəfat etdi

15:00 18.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı, şair Oqtay Rza avqustun 18-də vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib.

Oqtay Rza 1934-cü il noyabrın 2-də Salyan rayonunun Qalalı kəndində anadan olub. Azərbaycan Sənaye İnstitutunu bitirib. Bir sıra şeirlər kitabının müəllifiridir.