Salyan sakinindən 7 kq-dan artıq marixuana götürülüb

17:57 07.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan sakinindən 7 kq-dan artıq marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Marışlı kəndi ərazisində kənd sakini D.Əliyevə məxsus torpaq sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 66 ədəd çətənə kolu və 7,4 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.