Salyan və Şəki sakinlərindən silah götürülüb

15:49 06.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan və Şəki sakinlərindən silah götürülüb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xalac kənd sakini M.Abıyevin evindən müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Q.Həmidovdan müvafiq sənədləri olmayan “İJ-K” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.