Salyanda fərdi ev yanıb

15:02 02.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan rayonunun Qarabağlı kəndində ümumi sahəsi 126 m² olan 2 otaq və aynabənddən ibarət evin mətbəxinin, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 76 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.