Şamaxıda ev yanıb

20:49 14.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxıda yanğın hadisəsi qeydə alınıb.

Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Çuxuryurd kəndində ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və 2-ci mərtəbəsində mətbəxin taxtadan ibarət tavanı 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.