Şamaxıda Nəsimi poeziyası üzərində muğam konserti olub

22:24 29.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İkinci Nəsimi festivalı çərçivəsində sentyabrın 29-da Şamaxının Meysəri kəndində daha bir tədbir – Nəsimi poeziyası üzərində muğam konserti olub.

Muğam konserti festival iştirakçılarına unudulmaz anlar bəxş edib. İfaçıların bir-birindən gözəl və peşəkarlıqla səsləndirdikləri muğamlar mütəfəkkir şairin böyüklüyünün əsl təqdimatı olub. Ani sükutdan sonra gurultulu alqış sədaları həm də şairin ruhuna ehtiram idi.